Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi bu bəyanatda hərbi gərginliyi və sionist rejimin İordan çayının qərb sahilinə hücumlarını və bu rejim əsgərlərinin Fələstin düşərgələrinə hücumunu böyük narahatlıqla izlədiyini vurğulayıb.
Bəyanatda bildirilir: “Düşmən İsrail Fələstinin kənd və qəsəbələrində dinc sakinləri öldürmək və evlərini yandırmaq üçün başdan-ayağadək silahlanmış sionist mühacirlərin ipini buraxıb.”
Ənsarullah daha sonra düşmənin təcavüzü ilə qarşılaşan və şəhidlik əməliyyatları həyata keçirən Fələstin müqaviməti, Fələstin müqavimətnin və onun müxtəlif qruplarının birliyini təbrik edərək bildirib: “Bu qruplar təkamül və koordinasiyanın qabaqcıl mərhələsindədir.”
Sizin rəyiniz